25.05.2017

Şagirdlər Zooloji muzeydə ekskursiyada olublar

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Zooloji muzeydə ekskursiyada olublar.

Ekskursiyanın məqsədi şagirdləri Azərbaycanın biomüxtəlifliyi ilə tanış etmək, onlarda zoologiya fənninə maraq artırmaqdır.

Ekskursiya çərçivəsində şagirdlər muzeydəki eksponatlarla tanış olaraq, ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlər haqqında məlumat alıblar. Müzey işçiləri həmçinin şagirdləri Azərbaycanın “Qırmızı Kitabı” ilə tanış edərək, kitaba daxil olan növlər, onların mühafizə statusu haqqında və burada əks olunan məlumatların tərtib qaydaları haqqında izahatlar veriblər. Şagirdlər öz növbələrində heyvanlar haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər.

Ekskursiyanın sonunda məktəbin müəllimləri müzeyin xatirə dəftərinə təəssüratlarını yazıblar.


Açar sözlər: ,