30.05.2017

Molla Pənah Vaqifin 300 illik yubileyi keçirilib

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Abşeron rayon mədəniyyət evində Molla Pənah Vaqifin 300 illik yubiley tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları, rayonun təhsil işçiləri iştirak ediblər.

Yubiley tədbirində qeyd olunub ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib.

Daha sonra şagirdlər Y. V. Çəmənzəminlinin "İki od arasında" romanı əsasında hazırladıqları səhnəciyi təqdim ediblər. Tədbirdə həmçinin, şairin şeirlərinə yazılmış "Heyran olmuşam", "Durnalar", "Bəxtiyar oldum", "Kür qırağı", "Pəri", "Tel nazik", "Ağlarsan" adlı mahnılar ifa olunub.


Açar sözlər: ,