01.06.2017

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şagirdlərlə görüş keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin VII sinif şagirdləri rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov və təhsil şöbəsinin müdir əvəzi Pərviz Əhmədovla görüşüblər.

Görüşdə şagirdlər həm məktəbdəki uğurlarından, həm də məktəbdənkənarda əldə etdikləri nailiyyətlərdən söz açıblar. Qarşılıqlı söhbət əsnasında keçən görüşdə onlar gələcək planları, maraqlandıqları ixtisaslardan danışıblar. Daha sonra şagirdlər məktəbdə həyata keçirtmək istədikləri layihələr haqqında məlumat veriblər.

Fuad müəllim şagirdləri bayram münasibətilə təbrik edib, onlara Azərbaycanı dünya arenasında təmsil etməyi arzulayıb.

Pərviz müəllim şagirdlərə dərslərində müvəffəqiyyətlər diləyərək, ölkəmizdə uşaqların təhsil alması üçün hər bir şəraitin yaradıldığını vurğulayıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,