28.08.2017

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlər keçirilir 

Abşeron rayonunda məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlimlər keçirilir. 

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.