30.08.2017

Dərsliklərin məktəblərə paylanılması başa çatıb

Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün  metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən bütün məktəblərin dərsliklərlə təminatı prosesi uğurla başa çatıb.

2017-2018-ci tədris ili üçün bölgü layihəsinə əsasən Abşeron rayonuna Azərbaycan və rus bölmələri üçün 279 adda 115 808 ədəd dərslik və dərs vəsaiti gətirilib.

Hal-hazıda dərsliklərin şagirdlərə paylanılması həyata keçirilir.


Açar sözlər: ,