13.09.2017

Məktəb direktorları ilə görüş keçirilib

Sentyabrın 12–də Abşeron Rayon Təsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

Görüşdə rayon təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.

Abşeron Rayon Təhsil şöbəsində keçirilən görüşdə tədrisin təşkili, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının təşkili, yeni tədris ilində fəaliyyətin prioritet istiqamətləri və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova çıxış edərək təhsil nazirinin əmr və sərəncamlarının icrası ilə əlaqədar görülən işlərdən söz açıb və onlarla bağlı müvafiq göstərişlər verib.

Daha sonra 2016-2017-ci tədris ilində rayon ümumtəhsil məktəblərində məktəb sənədlərinin aparılmasına haqqında arayış dinlənilib.

Görüş zamanı, həmçinin gündəlikdə duran cari məsələlər, müəllimlərin işə qəbulu, məktəbə dair statistik hesabatların hazırlanması qaydaları haqqında da danışılıb.

Sonda direktorları maraqlandıran suallara cavab verilib.