15.09.2017

Abşeron rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunub

Bu gün Abşeron rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Bu gün həmçinin Abşeron rayonunda 6637 şagird birinci sinfə gedib. Ümumilikdə isə 2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərində 49762 şagird təhsil alacaq.

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib,  ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.

Məlumat üçün bildirək ki, cari tədris ili üçün Heydər Əliyev fondu tərəfindən rayon ərazisində 2 yeni məktəb binası inşa olunub. Onlardan biri Masazır kəndində, digəri isə Mehdiabad qəsəbəsində yerləşir.

Yeni dərs iliniz mübarək!


Açar sözlər: ,