20.09.2017

“Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib

Sentyabrın 20-də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, təhsil şöbəsini nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Məktəbin direktoru Ədalət Camalova çıxış edərək dünyada sülhün  əhəmiyyəti və bu sahədə  dövlətimizin apardığı siyasətdən danışıb.

Daha sonra tədbir şagirdlərin hazırladıqları bədii kompozisiya ilə davam edib. Onlar sülh, vətən və azadlıq mövzularında şeirlər səsləndirib, mahnılar oxuyublar.


Açar sözlər: ,