25.09.2017

“Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə Dövlət Yol Polisini əməkdaşları ilə şagirdlərin görüşü keçirilib. Görüş Daxili İşlər Nazirliyinin elan etdiyi 15 sentyabr-15 oktyabr tarixlərində keçirilən “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı çərçivəsində baş tutub. Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nümayəndələri, məktəb rəhbərliyi, şagird və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti haqqında dolğun məlumat vermək, onlara təhlükəsizlik davranış vərdişlərini aşılamaq və tədris prosesinin səmərəliyinin yüksədilməsinə Dövlət Yol Polisinin köməyini artırmaqdır.

Görüş zamanı tədbir iştirakçılarına yol hərəkət qaydaları ətraflı izah olunub, nizam-intizam qaydaları, yol mədəniyyətinin yüksədilməsi üzrə maarifləndirici söbətlər aparılıb.

Sonda şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib.


Açar sözlər: ,