27.09.2017

“Açıq tipli sualların qiymətləndirilməsi” mövzusunda seminar keçirilib

Sentyabrın 26-da Abşeron Rayon Təhsil Şöbəsini təşkilatçılığı ilə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən “Açıq tipli sualların qiymətləndirilməsi” mövzusunda seminar keçirilib. Seminarda Abşeron ümumtəhsil məktəblərinin ibtidai siniflər üzrə dərs hissə müavinləri və metodbirləşmə rəhbərləri iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd məktəbdaxili qiymətləndirmələrdə istifadə olunan açıq tipli sualların qiymətləndirilməsi yollarını izah etmək və bu sahədə müəllim bacarıqlarını inkişaf etdirmək olub.

TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva seminar iştikarçılarına qiymətləndirmə  növlərinə uyğun vasitələrin  hazırlanması, şagirdlərin təlim fəaliyyətini izləmək üçün qiymətləndirmə meyarlarının  və rubrüklərin  tərtibatı, qapalı  və açıq tipli sualların xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Seminarda həmçinin açıq tipli sualların yoxlanılması, qiymətləndirmə  balları və qiymət meyarları kimi məsələlər də müzakirə olunub.

Sonda müəllimləri maraqlardıran suallara ətraflı cavab verilib.


Açar sözlər: ,  ,