27.09.2017

Məktəbəhazırlıq qruplarında işləyəcək ibtidai sinif müəllimləri imtahan verib

Sentyabrın 27-də məktəbəhazırlıq qruplarında işləyəcək ibtidai sinif müəllimləri üçün təlim kursunun yekun qiymətləndirilməsi keçirilib. İmtahan Masazır kənd 4 nömrəli tam orta məktəbdə təşkil edilib.

İmtahanda  Abşeron rayonundan məktəbəhazırlıq qruplarında məşğələ aparan 95 nəfər müəllim iştirak edib. İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən təşkil edilib.