02.10.2017

Məktəbəhazırlıq qruplarında məşğələlər başlanılıb

Oktyabrın 2-də Abşeron rayon ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. 2017-2018-ci tədris ilində 2753 nəfər şagird məktəbəhazırlıq qruplarında təhsil alacaq. Rayonun 35 məktəbində 110 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.

Məktəbəhazırlıq qrupların məşğələlər həftədə 4 gün olmaqla, 12 məşğələdən ibarət olacaq. Bir gün ərzində 3 məşğələ keçiriləcək. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Beşyaşlılara il ərzində 7 fənn - ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət fənnləri tədris ediləcək.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesine öncədən alışması, onlarda müəyyən bilik və bacarıqlarının formalaşmasından ibarətdir.

Məşğələlər may ayının 31-də başa çatacaq.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında işləyən müəllimlər xüsusi təlimlər keçib və sertifikatlaşdırma imtahanında iştirak ediblər.