02.10.2017

“Məktəbəhazırlıq qruplarında uşaqlarla işin təşkilində psixoloji məsələlər” mövzusunda seminar keçirilib

Abşeron Rayon Təshil Şöbəsi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) birgə əməkdaşlığı çərçivəsində “Məktəbəhazırlıq qruplarında uşaqlarla işin təşkilində psixoloji məsələlər” mövzusunda seminar keçirilib. Seminarda rayon ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər iştirak ediblər.

Seminarın keçirilməsinin əsas məqsədi məktəbəhazırlıq qruplarında uşaqlarla işin effektiv təşkili yollarının təqdim edilməsi olub.

TİPİİ - Təhsildə innovasiyalar mərkəzinin baş mütəxəssisi Elnarə Cavadova tərəfindən keçirilən seminarda iştirakçılara beş yaşlıların psixoloji və öyrənmə xüsusiyyətləri, valideynlərlə effektiv əməkdaşlığın qurulma yolları haqqında ətraflı məlumat verib. Seminarda həmçinin,  müəllimlərin şəxsi bacarıqları, məktəbəhazırlıq qrupunun uşaqları ilə inkişafetdirici fəaliyyətlər və s. mövzular müzakirə olunub, uşaqlara inkişafetdirici təsir edə biləcək oyun nümunələri təqdim olunub.