09.10.2017

Şahmat müsabiqəsinə yekun vurulub

Oktyabrın 10-da Abşeron rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən şahmat müsabiqəsinə yekun vurulub.

Təhsil şöbəsi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi müsabiqə Xırdalan şəhər Şahmat Məktəbində keçirilib.

Mükafatlandırma mərasimində çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Abşeron rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir, üzvləri arasında gənc nəsil üstünlük təşkil edir.

Daha sonra qaliblərə və müsabiqə iştirakçılarına diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimləri Nadir İsrafilov və Elşad İsrafilov 3-cü və 2-ci yerləri bölüşüblər. Müsabiqənin qalibi isə Masazır kənd 3 nömrəli tam orta məktəbin müəllimi Natavan Yelmarova olub.