11.10.2017

Metodbirləşmə rəhbərləri ilə seminarlar keçirilib

Abşeron Rayon Təhsil Şöbəsində rayon ümumtəhsil məktəblərinin fənn metodbirləşmə rəhbərləri ilə seminarlar keçirilib.

Seminarların keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etməkdir, istedadlı şagirdləri üzə çıxarmaqdır.

Seminarlar zamanı “Təhsildə keyfiyyət ili” çərçivəsində təhsil şöbəsi tərəfindən təşkil olunacaq pedaqoji mühazirələrin keçirilməsi, olimpiadalar üçün şagirdlərin hazırlanması, fənn aylıqlarının təşkili, bilik yarışlarını keçirilməsi kimi məsələlər müzakirə olunub.

Seminarlarda həmçinin fənn proqramlarının tərtib olunması zamanı qarşıya çıxan suallar da cavablandırılıb.


Açar sözlər: