06.11.2017

Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil şöbəsini əməkdaşları, icra hakimiyyətini nümayəndələri, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Tədbirin əvvəlində məktəbin qonaqları şagirdlərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olublar.

Məktəbin direktoru Nuranə Vəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Heydər Əliyev tərəfindən irəli sürüb. Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Məktəbin 2-ci sinif şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar. Tədbir cərcivəsində həmçinin Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri də bədii kompozisiya ilə çıxış ediblər.


Açar sözlər: ,