07.11.2017

“Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir

Abşeron rayon ümumtəhsil məktəblərində 20 oktyabr-20 noyabr “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Aylıq çərçivəsində konfranslar, mühazirələr, “dəyirmi masalar”, yazı müsabiqələri təşkil olunur.

“Uşaq hüquqları aylığı”nın keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır.

Tədbirlərdə “Uşaq hüquqlarının qorunması”, “Uşaq hüquqlarını kim qoruyur?”, “Uşaq əməyinin istismarı”,  “Sosial mühüt” , ”Uşaqların ailədə və cəmiyyətdə vəzifələri”, “Uşaqların gələcək həyatda düzgün mövqe tutmaları üçün elmin, təhsilin önəmi” mövzularında çıxışlar edilir, şagirdlərlə müzakirələr aparılır.

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulub.

 


Açar sözlər: ,  ,