13.11.2017

Şagirdlər teatr muzeyinə ekskursiyaya gediblər

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Azərbaycan Dövlət Milli Dram Teatrının nəzdində fəaliyyət göstərən teatr muzeyinə ekskursiyaya gediblər.

Ekskursiyanın məqsədi şagirdlərdə  teatr sənətinə maraq oyatmaq, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, onları Azərbaycan teatr tarixi haqqında məlumatlandırmaq olub.

Ekskursiya zamanı şagirdlər muzeydə qorunub saxlanılan nadir proqram və afişalar, əlyazmalar, rol dəftərləri, məktublar, rejissor eksplikasiyaları, teatr kostyumları, rekvizitlər, sənətkarların şəxsi arxivləri, onlara məxsus yazılı sənədlər və xatirə əşyaları ilə tanış olublar. Teatr əməkdaşları tərəfindən onlara teatr rəssamlarının səhnə tərtibatına və geyimlərə verdikləri eskizlər, tamaşaların müxtəlif pərdələri üçün qurulmuş səhnələr, sənətkarların həyat və yaradıcılığının ən maraqlı məqamlarından çəkilmiş fotolar haqqında ətraflı məlumat verilib.

Həmçinin şagirdlər Azərbaycan teatr tarixi, teatr tarixində iz qoyan görkəmli aktyorların həyat və fəaliyyəti ilə bağlı məruzələr ilə çıxış ediblər.

Daha sonra şagirdlər dram teatrda “Qaraca qız” əsərinə tamaşa ediblər. Onlar teatrdan böyük təəssüratlarla ayrılıblar.


Açar sözlər: ,