10.11.2017

"Zirvələrdə dalğanan bayrağım" adlı tədbir keçirilib

Noyabrın 10-da Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş "Zirvələrdə dalğanan bayrağım" adlı tədbir keçirilib. Tədbir birinci sinif şagirdləri tərəfindən təşkil olunub.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, ibtidai sinif şagirdləri və valideynlər iştirak ediblər.

Tədbir Dövlət himnin səslənməsi ilə açıq elan olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib. Birincilər  bayrağa həsr olunan şeirlər və mahnılar  səsləndirdirib, səhnəciklər göstəriblər.

Tədbirin sonunda bayraq rənglərindən ibarət kompozisiya nümayiş olunub.