14.11.2017

“Qarakənd faciəsi” adlı anım tədbiri keçirilib

Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 26-cı ildönümü ilə əlaqədar “Qarakənd faciəsi” adlı anım tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirin əvvəlində vertolyot qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb direktoru Fikrət Balakişiyev çıxış edərək bildirib ki, Qarakənd faciəsi Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən biridir. Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotun vurulması nəticəsində 22 nəfər həyatını itirib. Qeyd olunub ki, erməni qəsibkarlarının etdikləri cinayətləri unutmamaq və müstəqilliyimizi daim qoruyub saxlamaq hər birimizin mənəvi borcumuzdur.

Daha sonra məktəbin şagirdləri Qarabağ müharibəsi dövrünü əks etdirən bədii kompozisiyalar ilə çıxış ediblər.


Açar sözlər: ,