29.11.2017

Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş bədii gecə keçirilib

Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Qobu qəsəbə Mədəniyyət Evində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş bədii gecə keçirilib.

Tədbirdə təhsil şöbəsini əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Qobu qəsəbə məktəblərinin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Nisəxanım Rzayeva Molla Pənah Vaqifin 300 illik yubleyinin Abşeron rayon təhsil müəssisələrində təntənəli surətdə qeyd olunduğunu bildirərək bu cür tədbirlərin əhəmiyyəti haqqında danışıb. Çıxış edən qonaqlar Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən söz açıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlər şairin şeirlərindən parçalar oxunub,  sözlərinə yazılmış mahnı və romanslar, eləcə də muğam və təsniflər ifa ediblər.


Açar sözlər: ,  ,