30.11.2017

Şagirdlər süd məhsulları istehsalı müəssisəsinə ekskursiya ediblər

Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdləri “Selman” süd məhsulları istehsalı müəssisəsinə ekskursiya ediblər.

Ekskursiyanın məqsədi şagirdləri gələcək peşə seçimlərində istiqamətləndirmək, onlarda texniki fənlərə maraq yaratmaq və istehsalat prosesi ilə tanış etmək olub.

Ekskursiya zamanı şagirdlər süd məhsulları çeşidlərinin hazırlanma texnologiyası, keyfiyyətə nəzarət, qablaşdırma üsulları, avadanlıqların sterilizə olunma prosesi ilə yaxından tanış olublar.


Açar sözlər: ,  ,