04.12.2017

“Coğrafiya aylığı” çərcivəsində bilik yarışı keçirilib

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “Coğrafiya aylığı” çərcivəsində 6-cı sinif şagirdləri arasında bilik yarışı keçirilib. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin coğrafiya fənninə olan maraqlarını artırmaq, onlar arasında rəqabət qabiliyyətinin inkişaf etdirmək, şagirdlərin bilik və bacarıqlarını səviyyəsini müəyyən etmək olub.

Yarışmada hər birində 8 şagird olmaqla 11 komanda iştirak edib. Oyunun nəticələrinə əsasən “Abşeron” komandası birinci yerə, “Coğrafiyaçılar” və Azərbaycan” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.


Açar sözlər: ,  ,