27.12.2017

“Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Mədəniyyət Evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə “Həmrəyliklə gələcəyə” adlı tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil şöbəsini əməkdaşları, rayonun təhsil işçıləri və şagirdlər iştirak ediblər.

Tədbirdə təhsil şöbəsini müdiri Nazilə Məmmədova, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Həcər Məmmədova çıxış edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bərqərar olmasında ulu öndər Heydər Əliyevin xüsusi xidmətlərini qeyd ediblər. 2017-ci ildə təhsil sahəsində qazanılan uğurlardan və 2018-ci il üçün nəzərdə tutulan planlardan danışılıb.

Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiya ilə davam edib.


Açar sözlər: ,  ,  ,