28.12.2017

Şagirdlərlə İlham Zəkiyevin görüşü keçirilib

Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə şagirdlər ilə ikiqat paraolimpiya çempionu İlham Zəkiyevin görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova çıxış edərək İlham Zəkiyevin həyatının gənc nəsil üçün bir nümunə olduğunu və hər bir azərbaycanlının onunla fəxr etdiyini bildirib.

Məktəbin direktoru Elnurə Cavadzadə bu cür qəhrəman insanlarla görüşlərinin əhəmiyyətindən danışaraq, bu tədbirlərin onlarda vətənpərvərlik hissinin daha da yüksəlməsinə səbəb olduğunu söyləyib.

İlham Zəkiyev şagirdlərlə görüşə böyük sevinc hissi ilə gəldiyini vurğulayıb. Qeyd edib ki, həyatda vətənə, xalqa və dövlətə xidmətdən daha şərəfli heç nə ola bilməz. Hal-hazırda da o idmançı kimi vətənə xidmət etməyə davam edir.

Daha sonra tədbir iştirakçılarına İlham Zəkiyevin döyüş yolu və uğurlarından bəhs elən video-çarx təqdim olunub. İlham Zəkiyev şagirdləri maraqlandıran suallara ətraflı cavablar verib.


Açar sözlər: ,