12.01.2018

“Riyaziyyat və informatika fənn aylığı”nın yekununa həsr olunmuş konfrans keçirilib

Yanvarın 12-də Xırdalan şəhər Heydər Əliyev mərkəzində “Riyaziyyat və informatika fənn aylığı”nın yekununa həsr olunmuş konfrans keçirilib. Konfransda Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil şöbəsinin əməkdaşları, Bakı Mühəndislik Universitetinin müəllimləri, rayonun təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən təhsil şöbəsinin müdiri Nazilə Məmmədova tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən söz açıb. Bilirib ki, “Riyaziyyat və informatika fənn aylığı” çərçivəsində məktəblərdə müxtəlif müsabiqələr, seminarlar, açıq dərslər, sərgilər və dəyirmi masalar keçirilib, görkəmli riyaziyyatçılar ilə şagirdlərin görüşü təşkil olunub.

Tədbir bədii hissə ilə davam edib. Şagirdlər yumoristik səhnəcikləri nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyublar.

Daha sonra nominasiyalar üzrə qaliblərə fəxri fərmanlar təqdim olunub.

Məlumat üçün bildiririk ki, Abşeron rayon ümumtəhsil məktəblərində hər ay müxtəlif fənn aylıqları keçirilir. Aylıqlarının keçirilməsində əsas məqsəd fənlərə olan marağı artırmaq, fənnin tədrisi vəziyyətini yüksəltmək, ən yaxşı müəllimləri aşkar etmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək, istedadlı şagirdləri aşkara çıxarmaq və tədrisin keyfiyyətini yüksəltməkdir.


Açar sözlər: ,  ,