19.01.2018

Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib 

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Gününün iyirmi səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Məktəblərdə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Həmçinin, 20 Yanvar faciəsinin həsr olunmuş konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri keçirilib.

Keçirilən tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdiyi bildirilib.

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Həmçinin, şagird və müəllimlər 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanını ziyarət ediblər.


Açar sözlər: