23.01.2018

Basketbol oyunu üzrə rayon birinciliyinin final mərhələsi keçirilib

Yanvarın 23-ü Abşeron rayon ümumtəhsil məktəbləri arasında basketbol oyunu üzrə rayon birinciliyinin final mərhələsi keçirilib. Yarış təhsil şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Final yarışında təhsil şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonun fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.

Masazır kənd 4 nömrəli tam orta məktəbdə keçirilən oyundan əvvəl çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev bildirib ki, yarışların təşkilində məqsəd rayonda basketbol idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin bu idman növünə maraqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili, həmçinin basketbol oyunu üzrə rayonun ən güclülərinin müəyyənləşdirilməsidir.

Yarışın nəticələrinə əsasən Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin komandası I yerə, Aşağı Güzdək qəsəbə tam orta məktəbin komandası II yerə, Masazır kənd 4 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Sonda qaliblər Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və müvafiq dərəcəli diplomlarla təltif ediliblər.


Açar sözlər: ,  ,  ,