24.01.2018

"Cavid ömrü” adlı tədbir keçirib

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş "Cavid ömrü” adlı tədbir keçirib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Şahin Yusifov Hüseyn Cavidin yaratdığı əsərlərin Azərbaycan xalqının milli sərvəti olduğunu bildirib. Qeyd edib ki, o, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.

Daha sonra şagirdlər görkəmli dramaturqun əsərlərindən səhnəciklər təqdim edib, onun yaradıcılığından şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,