24.01.2018

"Xarici dil aylığı” çərçivəsində bədii gecə keçirilib.

Yanvarın 24-ü Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “Xarici dil aylığı” çərçivəsində bədii gecə keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Ədalət Camalova  xarici dil bilməyin əhəmiyyətindən danışaraq məktəbdə rus və ingilis dillərinin yüksək səviyyədə tədris olunduğunu vurğulayıb. Bildirilib ki, aylıq çərçivəsində xarici dil tədris edən müəllimlər müxtəlif siniflərdə nümunəvi dərslər keçirdib, şagirdlər divar qəzetləri hazırlayıb, viktorinalar təşkil olunub.

Daha sonra tədbir bədii hissə ilə davam edib, şagirdlər ingilis və rus dillərində şeirlər, mahnılar səsləndirilib, tamaşalar nümayiş etdiriliblər.


Açar sözlər: ,  ,