26.01.2018

“Davam et” intellektual yarışına yekun vurulub.

Yanvarın 26-ı Abşeron Rayon Təhsil Şöbəsi və Rayon Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Davam et” intellektual yarışına yekun vurulub. Yarışda rayon ümumtəhsil məktəblərinin IV, IX və XI sinif şagirdləri iştirak ediblər.

Yarışın keçirilməsində məqsəd şagirdlərin yaradıcı və bədii təfəkkürünü inkişaf etdirmək, şagirdlərin sərbəst fikir yürütmək və mühakimə qabiliyyətlərini inkişaf etdirmək olub.

Yarışın şərtlərinə əsasan şagirdlər münsiflər heyəti tərəfindən təqdim olunan müxtəlif məzmunlu fikirləri davam etdirərək, hekayə formalaşdırmalı idilər. Yarışda Xırdalan şəhər 1, 2, 4, 5 nömrəli, Masazır kənd 2 nömrəli, Saray qəsəbə 1 nömrəli və Ceyranbatan qəsəbə 2 nömrəli məktəblərin şagirdləri xüsusi fəallıqları ilə seçiliblər.


Açar sözlər: ,