07.02.2018

Milli Qəhrəman Mübariz İbrahimov

Abşeron rayon ümumtəhsil məktəblərində Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbirlər keçirilib

Çıxışçılar Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar. Qeyd olunub ki, 22 yaşlı gənc öz mərdliyi ilə hər kəsi heyrətləndirə və özünə xalqın qəlbində əbədi heykəl ucalda bilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova Milli Qəhrəman adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. 

Tədbirlərdə həmçinin şagirdlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyalar nümayiş olunub, qəhrəmana həsr olunmuş şerlər səsləndirilib.


Açar sözlər: ,  ,