08.02.2018

Məktəb kollektivi bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlillərini ziyarət edib

Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin kollektivi bir qrup şəhid ailəsi və I qrup Qarabağ müharibəsi əlillərini ziyarət edərək onlara ərzaq bağlamaları paylayıblar.

Görüş zamanı məktəbin direktoru Xatirə Şabanova bildirib ki, Azərbaycanda sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Məktəbin yuxarı sinif şagirdləri şəhid və əlil ailələrinin məskunlaşdığı binanın həyətində abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara qulluq göstəriblər.

 


Açar sözlər: ,  ,