01.03.2018

Qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib

Masazır kənd 4 nömrəli tam orta məktəbdə Abşeron Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə voleybol üzrə qızlar arasında Abşeron rayon birinciliyi keçirilib.

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonun fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev oyunun qaydalarını izah edərək komandalara uğurlar arzulayıb

Gərgin oyun şəraitində keçən yarışda I yeri Aşağı Güzdək qəsəbə tam orta məktəbin komandası, II yeri Novxanı kənd 1 nömrəli tam orta məktəbin komandası, III yeri isə Masazır kənd 4 nömrəli tam orta məktəbin komandası tutub.

 Sonda qaliblər Abşeron Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və müvafiq dərəcəli diplomlarla təltif ediliblər.


Açar sözlər: ,