05.03.2018

Qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib

Masazır kənd 4 nömrəli tam orta məktəbdə Abşeron Rayon Təhsil Şöbəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib.

Yarışda təhsil şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonun fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.

Yarışın keçirilməsində məqsəd rayonda basketbol idman növünün inkişaf etdirilməsi, yeniyetmələrin bu idman növünə maraqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili, həmçinin basketbol oyunu üzrə rayonun ən güclülərinin müəyyənləşdirilməsidir.

Gərgin oyun şəraitində keçən yarışda I yeri Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin komandası, II yeri Aşağı Güzdək qəsəbə tam orta məktəbin komandası, III yeri Masazır kənd 4 nömrəli tam orta məktəbin komandası tutub.