01.03.2018

1 Mart Ümumdünya Mülki Müdafiə Günü qeyd edilib

Abşeron rayon ümumtəhsil müəssisələrində 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, İcra Hakimiyyətinin nümayəndələri, Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, məktəblərin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirlərin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Mülki müdafiəyə məsul şəxslərin çıxışlarından sonra məktəblərdə süni yanğın hadisəsi təşkil olunub və şagirdlərin fövqəladə hallara hazırlıq səviyyəsi nümayiş olunub.

Sonra məktəbin siniflərində maarifləndirici “Açıq dərs”lər keçirilib. Açıq dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olunub, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

Təlimlər çərçivəsində, həmçinin xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN xilasedicilərinin xüsusi texnikası və alətlərinə baxış keçirilib.


Açar sözlər: ,  ,