05.03.2018

Müəllimlərimiz təltif olunublar

Martın 5-də PIRLS-2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimat keçirilib. İbtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS-2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir.

Tədqiqatın nəticələrinə əsasan azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.

Tədbirdə Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Leyla İsmayılova və Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vəfa Ələkbərova PİRLS 2016 beynəlxalq tədqiqatların təşkili, pilot və əsas mərhələlərin keçirilməsi, oxu bacarıqları üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif olunublar.

 


Açar sözlər: