13.03.2018

“Müzəffər ordunun qəhrəmanları”

Martın 13-də Saray qəsəbə 3 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşın Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinin qaziləri və idman sahəsində yüksək nailiyyətlər əldə etmiş idmançılar ilə  görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları və rayonun təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə tədbirə gələn qonaqlar ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, ruhunu dərin ehtiramla yad ediblər.

Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan olunub.

Çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova görüşə qonaqlara öz minnətdarlığını bildirib, gənc nəslin tərbiyəsində onların əsl nümunə olduqlarını vurğulayıb.

Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyubə Hüseynova çıxış edərək tədbir iştirakçılarına görüşün məqsədi haqqında ətraflı məlumat verib.

Daha sonra iki qat paralimpiaya çempionu, iki qat dünya çempionu, 7 qat Avropa çempionu İlham Zəkiyev idmanla məşğul olduğu dövrlərdəki xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onları maraqlandıran suallara cavab verib.

Qəhrəman kəşfiyyatçı İbad Hüseynov çıxış edərək işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu söyləyib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Daha sonra Rus Dram Teatrının aktyoru Şirzad Pirallahı, hərbi diktor Şəmistan Əlizamanlı, 3 qat Avropa çempionu, dünya çempionu Niyaməddin Paşayev, Qarabağ qazisi Eşqin Hüseynov, beynəlxalq dərəcəli hakim, "Afina-2004"ün bürünc medalçısı Fuad Aslanov, Əməkdar idman ustası, 15 qat Azərbaycan çempionu, 23 qat dünya çempionu, 7 qat Avropa çempionu Eduard Məmmədov, əməkdar məşqçi, sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim Tural Əliyev maraqlı çıxışlar ediblər

Tədbir bədii hissə ilə yekunlaşıb.


Açar sözlər: ,