03.04.2018

“Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi başa çatıb

Aprelin 3-də Abşeron rayonu üzrə ümumtəhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə keçirilən “Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi başa çatıb.

Oyun Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirlikləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.

Yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Yarış zamanı məktəbləri hər birində14 nəfər (10 oğlan, 4 qız) olmaqla VIII və X sinif şagirdlərindən ibarət komandalar təmsil edib. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayıb və hər bir komanda 5 ballıq sistem üzrə qiymətləndirilib.