06.04.2018

“Puşkin və Şərq” layihəsi çərçivəsində tədbir keçirilib

Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə rus şairi və yazıçısı Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığına həsr olunmuş bədii gecə keçirilib. Tədbir Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi, Azərbaycan Rus İcması, Azərbaycanın rusdilli təhsil müəssisələri müəllimlərinin Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən  “Puşkin və Şərq” layihəsi çərçivəsində təşkil olunub. Layihənin keçirilməsində əsas məqsəd Puşkin yaradıcılığını təbliğ etmək, istedadlı şagirdləri üzə çıxarmaq, şagirdlərin nitq mədəniyyətini inkişaf etdirmək və onları məktəbdənkənar fəaliyyətə cəlb etmək olub.

Tədbir iştirakçıları əvvəlcə Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra məktəbin rus dili və ədəbiyyat müəllimlərinin rəhbərliyi ilə hazırlanmış kompozisiya nümayiş olunub. Şagirdlər şairin şeirlərini söyləyib, onun əsərlərindən səhnəciklər göstəriblər

Sonda layihənin kordinatoru, Rus İcmasının sədr müavini Yakunina Lyubov Timofeyevna çıxış edərək Puşkinin dünya ədədbiyyatında tutduğu yerdən söz açıb və tədbir təşkilatçılarına öz minnətdarlığını bildirib.


Açar sözlər: ,