09.04.2018

Abşeron rayonu üzrə I sinfə qəbul üçün 5048 sorğu yerləşdirilib

Martın 12-dən start verilən  2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə SumqayıtGəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird  qəbulu davam edir.

Aprelin 6-na olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə Abşeron rayonu üzrə 5048 nəfərin sorğusu qeydə alınıb.

I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib.

Ərizələrin onlayn qeydiyyatı 15 sentyabr 2018-ci il tarixinədək davam edəcək.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda rayon üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.

2018-2019-cu tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8).

I sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında məlumatlar: http://edu.gov.az/az/page/522


Açar sözlər: ,