09.04.2018

Müəllimlər arasında şahmat yarışı keçirilib

Abşeron rayon ümümtəhsil məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd müəllimlər arasında intelektual idman növü olan şahmat oyununu təbliğ etmək, güclü şahmatçıları aşkar etmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarətdir.

Oyunun nəticələrinə əsasən Masazır kənd 3 nömrəli tam orta məktəbin müəllimi Natavan Yelmarova I yerə, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Novruzova II yerə, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Elşad israfilov isə III yerə layiq görülüb.


Açar sözlər: ,  ,