16.04.2018

Şagirdimiz dünya çempionu olub

Digah qəsəbə tam orta məktəbin X sinif şagirdi Cavad Ağayev Tunisin Hammamet şəhərində taekvondoçular arasında keçirilən dünya birinciliyinin qalibi olub.

Gənc idmançı bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına yiyələnib. 63 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz öncə Pakistan, ABŞ, Cənubi Koreya, Efiopiyadan olan rəqiblərini  yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib. Rəqibini 14:13 hesabı ilə məğlub edən məktəblimiz yarışın qızıl medalına sahib olub. 


Açar sözlər: ,  ,