17.04.2018

Respublika fənn olimpiadalarının ikinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri məlum olub.

7 aprel tarixdə keçirilən yarımfinal mərhələsində Abşeron rayon ümumtəhsil məktəblərindən 124 şagird biliyini sınayıb. Nəticələrə əsasən isə onlardan 9 nəfəri final turuna vəsiqə qazanıb.

Qeyd edək ki, olimpiadada respublika üzrə ümumilikdə 5056 şagird iştirak edib, onlardan 687 nəfəri final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsində şagirdlər açıq tipli, isbat, izahat və həll tələb edilən sual və tapşırıqları yerinə yetirəcəklər.