17.04.2018

Şagirdimizin ilk kitabı işıq üzü görüb

Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Emin Rzazadənin “Bir gəncin düşünçələri” adlı ilk kitabı işıq üzü görüb.

Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova Emini kitabının təqdimatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Yazıçıllar Birliyinin Abşeron bölməsinin sədri Şəhla Ağbulud Eminin 40 səhifəlik kitabında milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq, xalqa sevgi və dövlətçiliyimizə ehtiram, işıqlı gələcəyimizə inam ruhu olduğunu vurğulayıb.

Istedadlı şagirdimizə dəyərli hədiyyə təqdim olunub.


Açar sözlər: ,  ,