18.04.2018

Məktəb psixoloqları ilə görüş keçirilib

Aprelin 18-də Abşeron Rayon Təhsil Şöbəsində rayon ümumtəhsil məktəblərinin psixoloqları ilə görüş keçirilib. Görüşdə təhsil şöbəsinin əməkdaşları, “Psixoloq” qəzetinin baş redaktoru Tahir Heydərov iştirak edib.

Giriş sözü ilə çıxış edən metodkabinet müdiri Sevil Əliyeva bildirib ki, məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Psixoloqlar effektiv-emosional pozuntulara və pis davranışa meyilli olan uşaqları, habelə ümumi və xüsusi istedadlı uşaqları üzə çıxarmalıdırlar.  

Daha sonra təhsil şöbəsini psixoloqu İstək Bəxtiyarova məktəblərdə psixo-pedaqoji işin aparılması, maarifləndirici tədbirlərin keçirilməsi, valideyn komitələri ilə iş, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə, sosial şəbəkələr və onlardan istifadə, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və gücləndirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib.

Sonda psixoloqları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,