27.04.2018

Akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Aprelin 27-də Abşeron Rayon Təhsil Şöbəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olumuş konfrans keçirilib.

Konfransda təhsil şöbəsini əməkdaşları, rayonuntəhsil işçiləri və şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına Zərifə Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti  haqqında bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra məruzəçilər çıxış edərək Zərifə Əliyeva Azərbaycanın, eləcə də, dünya tibb elminə əvəzsiz töhvələr verdiyini bildiriblər. Qeyd olunub ki, onun müəllifi olduğu elmi araşdırmalar bu gün də tibb sahəsində, xüsusilə olfalmologiya sahəsində istifadə olunur.  Məhz onun tədqiqatlarının nəticəsidir ki, ölkədə oftalmoloji xəstəliklərin müalicəsində yeni üsullar və texnologiyalardan tətbiq olunur.


Açar sözlər: