30.04.2018

Riyaziyyat-məntiq olimpiadası keçirilib

Aprelin 29-da Abşeron Rayon Təhsil Şöbəsi və Pifaqor Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş riyaziyyat-məntiq olimpiadası keçirilib. Olimpiadada hər məktəbdən hər sinif üzrə 3 nəfər olmaqla V, VI, VII və VIII sinif şagirdləri iştirak ediblər.

2 saat davam edən olimpiadada 468 şagird öz biliyini sınayıb.