04.05.2018

Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar

Mayın 4-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin nəticələrinə əsasən Abşeron rayonunun 2 şagirdi, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Zülfiyyə Əliyeva və Məmmədli kənd tam orta məktəbin IX sinif şagirdi Səadət Vəliyeva II dərəcəli diplomla təltif olunublar. Müsabiqə qaliblərinə, həmçinin qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.


Açar sözlər: ,  ,