01.05.2018

“Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı”nın yekun vurulub

Mayın 1-də Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Abşeron Olimpiya Kompleksində “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin nümayəndələri, təhsil işçiləri və şagirdlər  iştirak ediblər.

Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan olunub. Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı” çərçivəsində rayon ümumtəhsil məktəblərində müxtəlif müsabiqələr, seminarlar, yarışlar, fənnə aid müxtəlif profilli albomlar təşkil olunub, “Açıq dərs”ləri keçirilərək, məktəb rəhbərləri tərəfindən təhlil olunub.

Daha sonra tədbirdə rayon məktəbliləri, şahmat-dama yarışı, stolüstü teniss, güləş, cüdo, karate, bədii gimnastika, şən startlar, basketboll, sıra hazırlığı, əlehqazdan istifadə və digər müsabiqələrdə öz bacarıqlarını yoxlayıb, qüvvələrini sınayıblar.

Sonda qalib gələn komandalara, fiziki tərbiyə və çağırışaqədərki hərbi hazırlıq müəllimlərinə fəxri fərman və kuboklar təqdim edilib.


Açar sözlər: ,  ,  ,